Gədəbəydə 65 yaşlı kişi qayadan yıxılaraq ölüb

Gədəbəydə bədbəxt hadisə olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində baş verib. Kənd sakini 65 yaşlı M.Həsənov kənd ərazisindən qayadan yıxılaraq ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir