Qubada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü, Murad Ömərov idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yolun kənarındakı 1976-cı il təvəllüdlü piyada Saleh Əliyevi vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az