Ukraynada təhlükəsizlik bufer zonasının yaradılması və genişləndirilməsi vəzifəsi ardıcıl olaraq həll ediləcək.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışında bildirib.
O, xüsusi hərbi əməliyyatın məqsədlərinə mütləq nail olunacağını söyləyib: “Biz diplomatiyaya üstünlük verərdik, lakin Qərb danışıqlardan imtina edərsə, tarixi torpaqlarımızı hərbi yolla azad edəcəyik”.
Putin Rusiyanın nüvə qüvvələrinin təcavüzkarın qarşısını almaqda və dünyada güc balansını qorumaqda əsas rol oynayacağını söyləyib.
Azinformasiya.az