Kreml Putinlə Tramp arasında yeni telefon danışığının olduğunu təsdiqləməyib

Kreml Putinlə Tramp arasında yeni telefon danışığının olduğunu təsdiqləməyib.

 

Azinformasiya.az  xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə sonuncu dəfə Rusiya və ABŞ liderlərinin bu ilin oktyabr ayının 16-da telefon danışığı apardıqlarını söyləyib.

Kremlin sözçüsü həmin vaxtdan sonra Putin və Tramp arasında telefon danışığı olmadığını deyib.

Qeyd edək ki, dünən ABŞ mətbuatı prezident Trampa istinadən Putinlə yeni telefon danışığının olması haqqında məlumat yayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir