Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən 1966-cı il təvəllüdlü R. Məmmədovanı vurub.
Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Qəzada ölən piyadanın kimliyi dəqiqləşdirilir.
İlkin məlumata əsasən, piyadanı vuran yük avtomobili Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinə məxsusdur.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az