İstanbulda evdə yanğın olub, 3 uşaq ölüb

İstanbulun Fevzi Çakmak məhəlləsinin Umman küçəsində yerləşən 2 mərtəbəli binanın girişindəki mənzildə naməlum səbəbdən yanğın baş verib.

 

Azinformasiya.az  Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürənlər, polis və təcili tibbi yardım heyətləri cəlb olunub.

Yanğın zamanı sakinlər tərəfindən evdən çıxarılan 4 uşaq təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Fövqəladə hallar xidmətinin müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb və söndürülüb.

Xəstəxanaya yerləşdirilən uşaqlardan 3-nün həyatını itirdiyi, 1-nin isə vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata əsasən, uşaqların anası yanğın baş verən vaxt evdə olmayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir