Kreml Almaniya Kanslerinə cavab verib: Putin SSRİ-ni bərpa etmək istəmir

Rusiya Prezidenti Vladimir Putin SSRİ-ni bərpa etmək istəmir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, bu, mümkün deyil.

Kreml rəsmisi Putinin SSRİ-ni bərpa etmək istəmədiyini, bunun mümkün olmadığını, Putinin də bu barədə danışdığını qeyd edib.

Peskov Almaniya Kansleri Fridrix Mertsin “SSRİ-ni bərpa etmək” və “Avropaya hücum” barədə bəyanatlarını “axmaqlıq” adlandırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir