Ağcabədidə maşın evə çırpılıb, bir nəfər ölüb

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, 1997-ci il təvəllüdlü Bahadur Xanlarov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsinin sol tərəfində olan fərdi yaşayış evinin divarına çırpılıb.

Hadisə nəticəsində xəsarət alan sürücü xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mükün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir