“Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələrdir və strateji tərəfdaşlardır”.
Azinformasiya.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatında deyib.
Prezident İlham Əliyev bildirib ki, keçən il Slovakiya və Azərbaycan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb: Bu, əlaqələrimizi Ən yüksək səviyyəyə qaldıran bir sənəddir. O sənədin imzalanmasından sonra bütün istiqamətlər üzrə biz çox fəal əməkdaşlığı gördük. Siz artıq bizim geniş ikitərəfli gündəliyimiz barədə məlumat verdiniz. Sadəcə olaraq əlavə etmək istəyirdim ki, bütün qeyd etdiyiniz istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir”.
Azinformasiya.az