Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla telefon danışığı aparıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Hökuməti məlumat yayıb.
Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi və elmi-texniki əməkdaşlığının aktual məsələlərini, o cümlədən Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini müzakirə ediblər.
Mixail Mişustin və Əli Əsədov sənaye, energetika, nəqliyyat infrastrukturu və digər sahələrdə birgə layihələrin inkişafının vacibliyini vurğulayıblar.
Azinformasiya.az