Kreml Putin və Trampın yaxınlarda görüşmə ehtimalını mümkün hesab edir

Kreml Putin və Tramp arasında yaxın gələcəkdə görüşün baş tuta biləcəyini mümkün hesab edir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə əsasən, Rusiya və ABŞ liderləri arasında görüş yaxın gələcəkdə baş tuta bilər.

Qeyd edək ki, Putin ilə Tramp sonuncu dəfə bu ilin avqustunda Alyaskada görürüşüblər. Bu ilin oktyabr ayında onlar arasında son telefon danışığı olub. Bu zaman Putin və Tramp Budapeştdə görüşmək barədə razılığa gəliblər. Ancaq daha sonra ABŞ tərəfi bu görüşdən imtina edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir