Rəsmi Moskva Paşinyanı Sarkisyanın Putinə yazdığı məktubu yaydığına görə ittiham edib

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı dövlət başçılarının yazışmalarını onların razılığı olmadan yayaraq etik standartlara məhəl qoymamaqda ittiham edib.

 

Azinformasiya.az  xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə rəsmi İrəvanın keçmiş Qarabağ münaqişəsi ilə bağlı eks-prezident Serj Sarkisyanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubla bağlı məsələyə münasibət bildirib.

Onun sözlərinə əsasən, İrəvan ATƏT-in Minsk qrupu həmsədrlərinin iş materiallarını və dövlət başçılarının yazışmalarını onların razılığı olmadan açıqlayaraq etik standartlara məhəl qoymayıb.

Qeyd edək ki, Ermənistan hökuməti keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib. Hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib. Bunların arasında 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə təqdim olunan vasitəçilərin təklifləri və üçüncü prezident Serj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə məktubu da var.

Xatırladaq ki, bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edəcəyini bəyan etmişdi.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir