NATO Baş katibi Mark Rütte bildirib ki, Avstraliya və Yeni Zelandiya ABŞ-dan Ukrayna üçün silah tədarükünü nəzərdə tutan PURL proqramına (Procurement of U.S. Lethal and non-lethal military equipment for Ukraine) qoşulub.
Azinformasiya.az xəbər verir ki, O, bunu Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Avstraliya və Yeni Zelandiya NATO-ya üzv olmayan, ancaq PURL proqramına qoşulan ilk ölkələrdir”, – Rütte vurğulayıb.
Onun sözlərinə əsasən, hazırda NATO üzvü olan ölkələrin üçdə ikisi bu mexanizmdə iştirak etdiyini bəyan edib. Avqustdan ilin sonunadək ABŞ-dan Ukrayna üçün alınacaq silahların ümumi dəyəri “4 milyard dollardan çox” olacaq.
Azinformasiya.az