Gəncədə yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhər ərazisində orta məktəbin qarşısında baş verib. Minik maşınının mopedlə toqquşması nəticəsində mopedin sürücüsü 2005-ci il təvəllüdlü Ə.Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az