Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, Zakir Musayev idarə etdiyi “Toyota-Prius” markalı avtomobillə hərəkətdə olarkan piyada 1975-ci il təvəllüdlü Elşən Əskərovu vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az