Kreml son bir neçə gündür Cenevrədən gələn xəbərləri fəal şəkildə izləyir, ancaq ABŞ-ın Ukrayna münaqişəsinin həlli planı ilə bağlı rəsmi məlumatlara etibar etməyə üstünlük verir.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Rusiya ABŞ və Ukrayna arasında Cenevrə məsləhətləşmələrinin yekununu gözləyəcək.
Peskov vurğulayıb ki, Ukraynanın NATO-ya daxil olmasının müttəfiq ölkələri arasında konsensusdan asılı olacağının nə dərəcədə etibarlı olması məlum deyil:”Bu, yalnız media xəbərlərinə etibar etmək üçün çox məsuliyyətli və mürəkkəb bir prosesdir”.
Kremlin sözçüsü Ukrayna prezidenti Volodimir Zelenskinin Şükranlıq günündə Vaşinqtona mümkün səfəri barədə məlumatının olmadığı söyləyib.
Azinformasiya.az