Pakistanda polis qərargahı hücuma məruz qalıb, ölənlər var

Pakistanın Peşəvər şəhərində Federal Polis İdarəsinin qərargahı terrorçu-kamikadzenin hücumuna məruz qalıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Dawn mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisədən sonra təhlükəsizlik qüvvələri ilə silahlılar arasında qarşıdurma olub və iki terrorçu zərərsizləşdirilib.

“Reuters”in məlumatına əsasən, partlayış nəticəsində 3 nəfər həlak olub. Yaralılar barədə məlumat açıqlanmayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir