Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı apardığını açıqlayıb.
Azinformasiya.az xəbər verir ki, dövlət başçısı bu barədə “Telegram”da yazıb.
Onun sözlərinə əsasən, Cenevrədə Ukrayna nümayəndə heyəti tərəfdaşlarla danışıqları davam etdirir və bu prosesin praktiki nəticə verməsi, Ukrayna və bütövlükdə Avropanı etibarlı sülhə və təhlükəsizliyə yaxınlaşdırması xüsusi əhəmiyyət daşıyır.
“Mövqelərimizi koordinasiya edirik. Əsas odur ki, dialoq var, diplomatiya aktivləşib. Tərəfdaşların arqumentlərimizi eşidəcəyinə ümid edirik”, -Zelenski vurğulayıb.
Azinformasiya.az