Ərdoğan Meloni ilə görüşüb, Qəzza və Ukraynaya dair müzakirə aparılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsi çərçivəsində İtaliyanın Baş naziri Giorgia Meloni ilə görüşüb, ikitərəfli münasibətlər, Qəzza və Ukraynaya dair müzakirə aparılıb.

 

Azinformasiya.az  xəbər verir ki, görüş zamanı Türkiyə ilə İtaliya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə İtaliya arasında müdafiə sənayesi başda olmaqla, bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılan addımların davam edəcəyini, əlaqələrin dərinləşməsinin hər iki ölkəyə fayda verəcəyini bildirib.

Görüşdə eyni zamanda Qəzzada atəşkəsin davamlılığı, eləcə də Rusiya-Ukrayna arasında İstanbul danışıqlarının bərpa prosesinin əhəmiyyəti müzakirə olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir