İndi tariximizin ən çətin anlarından biridir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.
Onun sözlərinə əsasən, Ukrayna çox çətin bir seçimlə – ya ləyaqətini, ya da əsas tərəfdaşını itirmək riski ilə üzləşə bilər: “Ya çətin 28 bənd, ya da son dərəcə çətin qış, ən çətin və daha çox risk. Onlar bizdən cavab gözləyirlər, lakin mən bunu 2019-cu il mayın 20-də Ukraynanın suverenliyini və müstəqilliyini müdafiə etməyə sadiq olduğumu deyəndə verdim”.
Azinformasiya.az