Rusiya ordusunun Zaporojyeni atəşə tutması nəticəsində 5 nəfər ölüb

Noyabrın 20-dən 21-nə keçən gecə Rusiyanın Ukraynanın Zaporojye vilayətinə endirdiyi zərbə nəticəsində beş nəfər həlak olub, üç nəfər yaralanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Zaporojye administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.

Qeyd olunur ki, 20 noyabr cümə axşamı, saat 22:10-da Rusiya ordusu Zaporojyeyə hücuma keçib.

Hücum nəticəsində yaşayış binalarına, mağazalara və bazara ziyan dəydiyi bildirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir