Moskva Avropa rəsmilərinin Kalininqraddakı “İsgəndər”lərlə bağlı açıqlamalarını mənfi qiymətləndirir

Moskva Avropa rəsmilərinin Kalininqradda yerləşdirilən “İsgəndər” raket sistemlərinin yaratdığı təhlükə ilə bağlı açıqlamalarını mənfi qiymətləndirir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov “Airbus” şirkətinin sədri Rene Obermanın Rusiya ilə sərhəddə nüvə silahlarının yerləşdirilməsinin zəruriliyi ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.

Kremlin sözçüsü vurğulayıb ki, region Rusiyanın ayrılmaz hissəsidir və bütün tədbirlər yalnız milli təhlükəsizliyin təmin edilməsi üçün görülür.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir