Kallas: Ukrayna ilə bağlı istənilən sülh planında Avropa da iştirak etməldir

Ukrayna üzrə istənilən sülh planında Avropa da iştirak etməlidir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.

“Biz Ukraynada davamlı sülhü dəstəkləyirik. Lakin istənilən sülh planının nəticə verməsi üçün Ukrayna və Avropa bu planın tərkibində olmalıdır”, – Kallas vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl bəzi media orqanları ABŞ və Rusiya arasında gizli olaraq Ukrayna ilə bağlı sülh planının işlənib-hazırlanması və bu planda Avropanın olmaması barədə xəbərlər dərc edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir