Peskov: Polşa Rusiya ilə diplomatik münasibətləri sıfıra endirməyə çalışır

“Polşa Rusiya ilə diplomatik münasibətləri sıfıra endirməyə çalışır”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Moskva bu məsələ ilə bağlı yalnız təəssüfünü ifadə edə bilər.

“Polşa ilə münasibətlər tamamilə deqradasiyaya uğurayıb. Polşa rəhbərliyi hər bir problemi Rusiya ilə əlaqələndirməyə çalışır, ancaq bütün bu ittihamlar əsassızdır”, – Kreml rəsmisi Polşanın dəmiryolu sabotajı ilə bağlı Moskvanı ittiham etməsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyi ölkədə fəaliyyət göstərən sonuncu Rusiya Baş Konsulluğunun Qdanskda bağlanması qərarına gəldiyini açıqlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir