Kobaxidze erməni nazirlə Cənubi Qafqazda sülhün vacibliyini müzakirə edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın ədliyyə naziri Srbui Qalyanla görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, tərəflər Gürcüstanla Ermənistan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərini müzakirə ediblər.

Görüşdə iki ölkə arasında müxtəlif ikitərəfli və beynəlxalq formatlarda əməkdaşlıq nəzərdən keçirilib, ədliyyə sahəsində səmərəli tərəfdaşlığa və təcrübə mübadiləsinin vacibliyinə diqqət yetirilib.

Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının, eyni zamanda regionun uzunmüddətli və sabit inkişafının vacibliyi vurğulanıb.

Qalyan Gürcüstan-Ermənistan Hüquq Forumu çərçivəsində Tbilisidə səfərdədir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir