Masazırda sexdə qəza olub, 45 yaşlı kişinin əli amputasiya edilib

Abşeron rayonunda sexdə bədbəxt hadisə olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə noyabrın 14-də Masazır qəsəbəsində yerləşən şirniyyat sexində baş verib. Orada işləyən qəsəbə sakini 1980-ci il təvəllüdlü T.Allahverdiyevin əli aparatda qalıb. Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.

Faktla bağlı araşdırmalar aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir