Qazaxıstan və Özbəkistan prezidentləri Daşkənddə görüşüb

Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə danışıqlar aparıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə dövlət başçıları Qazaxıstan-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyinin gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.

Prezidentlər ticarət, sənaye kooperasiyası, nəqliyyat və logistika, energetika, kənd təsərrüfatı, su ehtiyatları, o cümlədən mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət kimi prioritet sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

Regional və beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir