Türkiyə MN: Gürcüstanda qəzaya uğrayan təyyarə ilə bağlı araşdırma davam edir

“Gürcüstanda qəzaya uğrayan C-130 hərbi-nəqliyyat təyyarəsi ilə bağlı araşdırmalar davam edir”.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Qəza araşdırma qrupumuz Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəmizin qalıqları üzərində tədqiqatları davam etdirir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, noyabrın 11-i Azərbaycandan Türkiyəyə istiqamətlənən, Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb, 20 hərbçi şəhid olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir