Gürcüstanda təyyarə qəzasında şəhid olan 20 türkiyəli hərbçinin hamısının nəşi tapılıb

Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində şəhid olan 20 hərbçinin hamısının nəşi tapılıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Axtarış-xilasetmə işləri zamanı sonuncu şəhidin də nəşi aşkarlanıb.

Qeyd edilib ki, bununla da axtarış-xilasetmə işləri başa çatıb.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsində həlak olan 20 hərbçidən 19-nun nəşi tapılmışdı. Təyyarə qəzasında şəhid olan hərbçilərin cənazələri axtarış-xilasetmə və qəza qruplarını Gürcüstana aparan A-400M təyyarəsi ilə Türkiyəyə gətiriləcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir