Qaxda yol qəzası olub, iki nəfər xəsarət alıb

Qaxda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunda, Qaxın Suskənd kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı iki nəfər – 1961-ci il təvəllüdlü Balakən rayon sakini Asyat Hudulova və 1988-ci il təvəllüdlü Şəki rayon sakini Gülşa Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxansına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir