Braziliyada qasırğa nəticəsində 6 nəfər ölüb, 750-yə yaxın yaralı var

Braziliyada qasırğa Parana ştatında 6 nəfərin ölümünə, 750-yə yaxın insanın yaralanmasına səbəb olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Braziliyanın cənubundakı Parana ştatının yerli hakimiyyət orqanları məlumat yayıb.

Qurbanların sayının artacağı istisna edilmir.

Qeyd edək ki, qasırğa zamanı küləyin sürəti 250 km/saatadək yüksəlib. Təbii fəlakətdən ən çox zərər görən Rio-Bonitu-du-İquasu şəhərində binaların yarıdan çoxu ciddi dağıntılara məruz qalıb. 14 min əhalisi olan şəhərdə minə yaxın sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir