Balakəndə yol qəzası olub, sürücü ölüb

Balakəndə ağır yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Şərifli kəndində qeydə alınıb.

Belə ki, Yaqub Yaqubov “Mercedes Benz” markalı avtomobil ilə hərəkətdə olduğu zaman idarəetməni itirib və yol kənarında olan quma çırpılıb. Hadisə nəticəsində sürücü Yaqub Yaqubov və avtomobildə olan sərnişin Ramazan Qebeyev xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılsa da, sürücünün həyatını xilas etmək mükün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir