Papuaşvili: Gürcüstan Aİ-yə üzvlüyə hazırlanmağı davam etdirəcək

Avropa İttifaqının genişlənməyə dair hesabatında Gürcüstanla bağlı bölmənin siyasi hissəsi çox kəskin aqressiv və ədalətsizdir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.

Onun sözlərinə əsasən, sənəddə Gürcüstanla bağlı köhnəlmiş siyasi ittihamlar, yalan və düşmən ritorikası yer alıb.

“Bu, Gürcüstana Brüssel ofisindən baxışdır və real Gürcüstanla heç bir əlaqəsi yoxdur”, – spiker söyləyib.

Papuaşvili Gürcüstana qarşı şantaj və təzyiqin heç bir nəticə verməyəcyini bildirib:

“Biz təslim olmayacayıq. Gürcüstan məqsədi Avropa dəyərlərinin bərpası olacaq Avropa İttifaqına üzv olmağa hazırlanacaq”.

Spiker qeyd edib ki, Brüssel açıq şəkildə Avropa dəyərlərindən uzaqlaşır, dialoqdan qaçaraq təkəbbürlü tona üstünlük verir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir