Mingəçevirdə yol qəzası olub, üç nəfər xəsarət alıb

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, “VAZ-21015” və “VAZ-21099” markalı minik maşınları toqquşub. Nəticədə “VAZ-21015”-in sürücüsü – 31 yaşlı Xaləddin Ələsgərov və iki sərnişin xəsarət alıb. Onlar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir