Bakıda avtomobil qadını vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Pərvin Şükürov idarə etdiyi “Renault” markalı avtomobili ilə piyada 1989-cu il təvəllüdlü Könül Məmmədovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az