Beyləqanda yol qəzası olub, dörd nəfər xəsarət alıb

Beyləqanda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsi ərazisində baş verib. “Mercedes” markalı minik maşını ilə “KİA” markalı avtomobil toqquşub. Nəticədə 4 nəfər – 1961-ci il təvəllüdlü Tahir Nuriyev, 1997-ci il təvəllüdlü Raliz İbrahimov, 1997-ci il təvəllüdlü Bəhlul Məmmədov və 1980-ci il təvəllüdlü Rəşad Qasımov xəsarət alıb. Onlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir