Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ-ın Ankoric sammitində təklif etdiyi Ukrayna nizamlanması konsepsiyasının təfərrüatlarını açıqlamayıb.
Azinformasiya.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov eyni zamanda bu konsepsiyanın təhlükəsizlik zəmanətləri və İstanbul razılaşmaları ilə bağlı Rusiyanın ideyaları ilə necə uyğunlaşdığı barədə şərh verməkdən də imtina edib.
“Xeyr, bunu açıqlaya bilmərəm”, – deyə Peskov bu gün keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Macarıstanın “Ultrahang” YouTube kanalına verdiyi müsahibədə bildirib ki, Alyaskada ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putin Vaşinqtonun təklif etdiyi konsepsiya əsasında Ukraynada nizamlanmaya nail olmağa hazır olduğunu təsdiqləyib. Rusiya diplomatiyasının rəhbəri qeyd edib ki, Putin ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkov tərəfindən təqdim edilən konsepsiyanın hər bir elementini ətraflı şəkildə təkrarlayıb və bu məqamların hər biri Amerika tərəfi tərəfindən təsdiqlənib. Bundan sonra, Lavrovun sözlərinə görə, Rusiya prezidenti Moskvanın ABŞ-nin konsepsiyasını qəbul etməyə və “təklif olunan əsasda praktik olaraq irəliləməyə” hazır olduğunu bildirib.
Rusiya XİN rəhbəri ABŞ-nin Moskvanın təklifinə birbaşa cavab vermədiyini də söyləyib.
Azinformasiya.az