Fələstin prezidenti Mahmud Abbas yeni konstitusion deklarasiya imzalayıb. Sənədə əsasən, Fələstin Milli Administrasiyasının rəhbərliyinə ehtiyac olduğu halda vitse-prezident müvəqqəti olaraq bu səlahiyyətləri icra edəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə WAFA agentliyi tərəfindən məlumat yayılıb.
Sənədə əsasən, əgər Fələstin Milli Administrasiyasının rəhbərinin vəzifəsi qanunverici şura olmadan boş qalarsa, təşkilatın İcraiyyə Komitəsi sədrinin müavini və Fələstin Dövlətinin vitse-prezidenti yeni prezidentin seçilməsinə qədər səlahiyyətləri üzərinə alacaq. Bu azad seçkilərin keçirilməsi məqsədilə edilir. Fələstin seçki qanununa uyğun olaraq, səlahiyyət sahibi 90 günü keçməmək şərti ilə Fələstin Milli Administrasiyasının prezidentinin vəzifələrini müvəqqəti icra edəcəklər.
Azinformasiya.az