Rusiyada PUA mənzilə girərək partlayıb, 5 nəfər yaralanıb

Rusiyada pilotsuz uçuş aparatı (PUA) Moskvaətrafı Krasnoqorsk şəhərində, Kosmonavtlar bulvarında yerləşən yaşayış binasının 14-cü mərtəbəsindəki mənzilə daxil olaraq partlayıb.

 

Azinformasiya.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.

Qubernatorun sözlərinə əsasən, beş nəfər, eləcə də bir uşaq xəsarət alıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir