Papuaşvili: Orta Dəhlizin unikal potensialı xüsusi önəm kəsb edir

“Bu gün Gürcüstanın strateji mövqeyi və Orta Dəhlizin unikal potensialı xüsusi önəm kəsb edir. Son illərdə Orta Dəhlizdə yük dövriyyəsi və iqtisadi fəallıq presedenti olmayan artım nümayiş etdirir”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisi Maliyyə Sammitinin açılış mərasimində çıxışında deyib.

Onun sözlərinə əsasən, bu tendensiya regionun Avropa və Asiya iqtisadiyyatları üçün yeni imkanlar yarada biləcək böyük ticarət arteriyasına çevrildiyini açıq şəkildə göstərir.

“Həmçinin ticarətin artımı və infrastrukturun inkişafı müasir maliyyə xidmətlərinin tətbiqi və gücləndirilməsi ilə müşayiət olunmalıdır. Məhz innovativ vergi sistemləri, maliyyə texnologiyaları və sabit maliyyə sektoru Orta Dəhlizi yalnız ən səmərəli nəqliyyat və ticarət marşrutuna deyil, həm də maliyyə mərkəzinə çevirən təməl yaradır”, – spiker söyləyib.

Ş.Papuaşvili Gürcüstanın bu istiqamətdə mühüm addımlar atdığını bildirib. O, texnoloji innovasiyalar üçün əlverişli mühitin yaradılması və maliyyə sektorunun normativ-hüquqi bazasının ən yaxşı beynəlxalq standartlara yaxınlaşdırılmasının Gürcüstan üçün prioritet məsələ olduğunu qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir