ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə müharibəni qısa zamanda bitirməyin vacibliyini vurğulayıb və bu məsələdə Donbasın taleyinin mühüm olmadığını bildirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”da anonim ABŞ rəsmilərinə istinadən yazı dərc olunub.
Nəşrin yazdığına görə Tramp vurğulayıb ki, mühüm olan müharibəni bitirməkdir və Donbas regionunun Ukraynaya qaytarılması prioritet deyil.
Azinformasiya.az