Mirzoyan və Kallas tərəfdaşlıq üzrə yeni gündəliyi müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, görüş zamanı tərəflər Ermənistan-Avropa İttifaqı arasında yeni tərəfdaşlıq gündəliyinin yekunlaşdırılması və təsdiqi məsələlərini müzakirə ediblər.

Hər iki tərəf, xüsusilə iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı sahəsində qarşılıqlı faydalı proqramların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu təşəbbüslərin irəliləməsində Ermənistan və Azərbaycan arasında sülh və avqust ayında Vaşinqtonda əldə olunmuş razılaşmalar əhəmiyyətli rol oynayır.

Həmçinin Mirzoyan və Kallas müasir dövrün hibrid təhdidlərinin aradan qaldırılması mexanizmləri barədə də fikir mübadiləsi aparıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir