Şəmkirdə mikroavtobus piyadanı vuraraq öldürüb

Şəmkirdə mikroavtobus piyadanı vuraraq öldürüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Təzəkənd kənd sakini, 1982-ci il təvəllüdlü Hacılı Yavər Kamil oğlu idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusla yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir