Budapeşt sammitinə tammiqyaslı hazırlıq hələ başlamayıb, hələ ki komanda işi yoxdur.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putin-Tramp görüşünə hazırlıq haqqında danışarkən deyib.
Onun sözlərinə əsasən, Budapeştdə keçiriləcək sammitlə bağlı hələlik heç bir təfərrüat yoxdur.
Kreml sözçüsü Budapeşt sammitində Rusiyanın Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmağa və ABŞ-la ikitərəfli münasibətləri müzakirə etməyə ümid etdiyini açıqlayıb.
“Moskva Ukrayna nizamlanması ilə bağlı Vaşinqtonla əlaqəni davam etdirəcək. Ciddi iş aparılır. Rusiya və Putinin sülh yolu ilə nizamlanmaya dair mövqeləri ardıcıldır və bu hamıya məlumdur. Moskva Kiyevin ziddiyyətli bəyanatlarını sülh yolu ilə nizamlanmaya töhfə vermək deyil, əksinə prosesi çətinləşdirmək kimi görür”.
Peskov həmçinin qeyd edib ki, Putin və Trampın Orbanla yaxşı münasibətləri sammit yeri olaraq Budapeştin seçilməsinə töhfə verib.
Azinformasiya.az