Kreml ABŞ-ın Ukraynaya “Tomahawks” göndərməyəcəyinə dair rəsmi bildiriş almayıb

Kreml Trampdan ABŞ-ın Ukraynaya “Tomahawks” tədarük etməyəcəyi barədə rəsmi bildiriş almayıb.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, rəsmi Moskva bu məsələ ilə bağlı bəyanatları eşidir və bunu istiqamət götürür.

Kremlin sözçüsü Rusiya ilə ABŞ arasında işgüzar və ekspert səviyyələrində də təmasların olduğunu vurğulayıb.

O qeyd edib ki, Moskva və Vaşinqton bu təmaslar sayəsində mövqe mübadiləsi apara bilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir