Ukrayna istənilən formatda danışıqlara hazırdır, ancaq Budapeşt ən yaxşı yer deyil.
Azinformasiya.az “UNIAN“a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O, ABŞ və Rusiya liderlərinin Macarıstanda planlaşdırılan görüşünə dəvət olunacağı təqdirdə gedəcəyini bildirib.
Prezident qeyd edib ki, o, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffa görüşün Macarıstanda keçirilməsi ideyasına niyə yenidən baxılmalı olduğunu ətraflı izah edib. Müzakirə edilən alternativ mümkün yerlər arasında İsveçrə, Avstriya, Vatikan, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə var.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp Budapeştdə Rusiya lideri Vladimir Putinlə görüşəcəyini bəyan edib.
Azinformasiya.az