ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə tənzimlənməsinə nail ola biləcəyinə əmindir.
Azinformasiya.az xəbər verir ki, Donald Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Donald Tramp qeyd edib ki, ABŞ və Rusiya arasında böyük ticarət potensialı mövcuddur: “Düşünürəm ki, biz Rusiya ilə vəziyyəti tənzimləyə bilərik. Bu, asan deyil. Müharibə var, lakin ticarət üçün də əla imkanlar var”.
O, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinlə “yaxşı münasibətlərinin” davam etdiyini bir daha vurğulayıb.
Azinformasiya.az