Bakıda idman zalında 35 yaşlı kişi insult vurması nəticəsində ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Nərimanov rayonunda baş verib.
Məlumata əsasən, N.Tusi küçəsində yerləşən idman zalından Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Tural Yaşar oğlu Tapdıqzadə insult diaqnozu ilə xəstəxanaya aparılarkən Təbriz küçəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az