Başqırdıstanda zavodda partlayış olub, 3 nəfər ölüb

Başqırdıstan ərazisində yerləşən “Avangard” zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə region rəhbəri Radiy Xabirov məlumat verib.

Xabirov həmçinin qeyd edib ki, iki yaralının vəziyyəti ağır, digərlərinin isə orta-ağırdır.

Partlayış baş verən müəssisə sənaye partlayıcı maddələr və kiçik tonnajlı kimya məhsulları istehsal edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir