Sumqayıtda 43 yaşlı kişi yıxılaraq ölüb

Sumqayıt şəhərində 43 yaşlı kişi yıxılaraq ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə ötən gün şəhərin 9-cu mikrorayonunda qeydə alınıb.

Şəhər sakini 1982-ci il təvəllüdlü Elşən Altay oğlu Kələntərli həmin ərazidə yıxılıb və başı daşa dəyərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir